azturkxeber.az
http://azturkxeber.az

Bələdiyyə seçkilərində qadınların fəallığının artırılması məqsədilə maarifləndirmə layihəsinə başlanılıb

13-01-2025 Baxılıb: 0

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Seçki Komissiyası (MSK) və “Bərabər İnkişaf Naminə” Koalisiyanın təşkilatçılığı, Qadın Resurs Mərkəzlərinin (QRM) iştirakı ilə “Bələdiyyə seçkisində qadınların fəallığının yüksəldilməsi” adlı layihəyə start verilib. Layihə çərçivəsində respublikanın şəhər və rayonlarında fəal qadınlarla görüşlər keçiriləcək, seçki ilə bağlı maarifləndirici söhbətlər aparılacaq.

Dövlət Komitəsindən bildirilib ki, ilk belə görüş Xəzər rayonu Qadın Resurs Mərkəzində baş tutub.

Tədbirdə çıxış edən “Bərabər İnkişaf Naminə” Koalisiyanın üzvü Təranə Kərimova dövlət tərəfindən aparılan qadın siyasəti, bələdiyyə seçkisində qadınların aktivliyinin əhəmiyyəti və rolu barədə iştirakçılara ətraflı məlumat verib.

Bələdiyyə seçkisinin qaydaları, eləcə də Xəzər rayonu üzrə qeydiyyatdan keçən qadın namizədlərin sayı barədə iştirakçılara məlumat verən MSK-nın 12 saylı Xəzər birinci seçki dairəsinin nümayəndəsi Mütəllim Balaqardaşov Xəzər rayonunda fəaliyyət göstərən 8 bələdiyyə üzrə üzvlüyə 180 nəfərin namizədliyinin qeydə alındığı, onlardan 42 faizinin (75 nəfər) qadın olduğunu bildirib.

Xəzər QRM koordinatoru Lalə Cəfərova çıxış edərək rayonda qadınlara göstərilən sosial iqtisadi dəstəkdən danışıb.

Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, müxtəlif mövzularda müzakirələr aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031