Fici arxipelaqının qərb hissəsində 5,3 maqnitudada zəlzələ qeydə alınıb.
azturkxeber.az xəbər verir ki, bu barədə Avstraliyanın Dövlət Geoloji Xidməti məlumat yayıb.
Təbii hadisənin episentri 2 000-dən çox insanın yaşadığı Lakeba adasından 30 km cənub-şərqdə, zəlzələ ocağı təxminən 600 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.