azturkxeber.az
http://azturkxeber.az

Avropadakı qaz anbarları 66 faizdən çox doludur

13-01-2025 Baxılıb: 0

İsitmə mövsümü başlayandan bəri Avropa anbarlarından 34 milyard kubmetrdən çox qaz götürülüb.

azturkxeber.az xəbər verir ki, “Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, hazırda anbarlarda qaz ehtiyatlarının həcmi təqribən 66,38 faizədək (73,7 milyard kubmetr) azalıb. Bu, son beş ilin orta göstəricisindən 6,14 faiz aşağıdır.

İsitmə mövsümü başlayandan bəri anbarlardan qaz çıxarılmasının sürəti əvvəlki beş ilin orta göstəricisindən 28 faiz çoxdur. Buna baxmayaraq, yeraltı anbarlarda qazın həcmi tarix ərzində dördüncü ən yüksək səviyyədədir, Avropa birjasında isə min kubmetr mavi yanacağın qiyməti təxminən 480 dollar ətrafında dəyişir.

Yanvarın 11-də anbarlardan qaz çıxarılması 697 milyon kubmetr təşkil edib.

Bu həftə Avropada havanın əvvəlki yeddi günlə müqayisədə soyuq keçəcəyi proqnozlaşdırılır. Yanvar ayında Avropanın elektrik enerjisi istehsalında külək generasiyasının payı 25 faiz təşkil edib.

Cari ayda terminallardan Avropanın qazötürmə sisteminə maye qazın vurulması ötən ilin dekabrından bəri xeyli artıb. Hazırda Avropanın qaz kəmərlərinə maye qazın vurulması maksimum gücün 41 faizinə bərabərdir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031