azturkxeber.az
http://azturkxeber.az

Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb

13-01-2025 Baxılıb: 2

 2025-ci ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.

AzTurkxeber.az -ın məlumatına görə, Planda cari il ərzində nəzərdə tutulan birgə tədbirlər, icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyənləşdirilib.
2025-ci il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində hərbi qulluqçularla keçiriləcək görüşlərdə şəxsi heyətin hüquqi maarifləndirilməsi, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlərin və digər fəaliyyətlərin icra olunması öz əksini tapıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031