ABŞ-nın Kaliforniya ştatının Los-Anceles şəhərində meşə yanğınları davam edir. Yanğınlarda 10 mindən çox bina zərər görüb. Səlahiyyətlilər Hurst yanğınının 799 dekar sahədə yüzdə 89, Palisades yanğınının 23 min 707 dekar sahədə yüzdə 11, İton yanğınının isə 14 min 117 dekar sahədə yüzdə 27 nəzarət altında olduğunu açıqlayıb. Təxliyə əmri altında olan insanların sayı azalsa da, 105 min nəfər hələ də təxliyə əmri, 87 min nəfər isə təxliyə xəbərdarlığı altındadır. Səlahiyyətlilər Los-Anceles dairəsi sərhədlərində 16 nəfərin itkin düşdüyünü bildirib. Yanğınlarda indiyədək 16 nəfər həyatını itirib. Məhkumlar da yanğınların söndürülməsinə kömək edir. Kaliforniyanın İslah və Reabilitasiya Departamenti minə yaxın məhbusun yanğınları söndürmək üçün çalışdığını bildirib.