Bəxtiyar Hacıyev müddətə azadlıqdan məhrum edildi
Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum olunub.
Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
AzTurkxeber.az "Report"-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 10 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabr ayı saxlanılıb.