azturkxeber.az
http://azturkxeber.az

Tədris Cərrahiyyə Klinikasında nadir cərrahi əməliyyat icra olunub

07-02-2025

Tədris Cərrahiyyə Klinikasında nadir cərrahi əməliyyat icra olunub


Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ilk dəfə nadir cərrahi əməliyyat icra olunub. Ötən il dekabrın 28-də “KamAZ” markalı ağır yük avtomobili 12 yaşlı Rəmal İsalının ayağının üstünə çıxaraq əzib. Avtoqəza nəticəsində ayağın qopması ilə klinikaya daxil olan xəstənin ayağı uğurla yerinə bərpa edilib.

Universitetin mətbuat xidmətindən bildirilib ki, əməliyyatı Plastik cərrahiyyə şöbəsinin müdiri, Ümumi cərrahiyyə kafedrasının assistenti Adil Cümşüdov yerinə yetirib. Cərrahın dediyinə görə, avtoqəzaya düşən uşağın ayağının amputasiya olunmaq təhlükəsi var imiş: “Xəstə azyaşlı olduğundan damarların ölçüləri kiçik idi. Ona görə də bu cür əməliyyatlar əsasən 16-17 yaşlarda damarların ölçüləri böyüyəndən sonra icra edilir. Xəstənin ayaq damarları ilə əzələ damarının ölçüləri arasında ciddi fərq olduğundan pasiyentin kiçik damarlarını mikroskop altında 10 dəfə böyüdərək bir-birinə tikə bildik. Əməliyyat 11 saat çəkdi və əməliyyat başa çatandan sonra damarlarda tıxanma halı baş vermədi. Toxuma rahat şəkildə yapışdı, barmaqlar bərpa olundu və ayaq amputasiya olunma təhlükəsindən xilas edildi. Xəstənin ayaq funksiyası 6 aya 90 faiz bərpa olunacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728