azturkxeber.az
http://azturkxeber.az

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova İçərişəhərlə tanış olub

19-02-2025

 

Ölkəmizdə rəsmi səfərdə olan Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova İçərişəhərlə tanış olub. 

AzTurkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Burada qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. 
Daha sonra qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə tanış olub.
Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır. 
Gəzinti zamanı Natalya Koçanova “Brilyant əl” bədii filminin məşhur epizodlarından birinin çəkildiyi küçə ilə də tanış olub. 
İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin "Dastan" brendi qonaqda böyük maraq doğurub.
Sonra Natalya Koçanova Bakıda fəaliyyət göstərən "Belaruski" ticarət mərkəzinə də baş çəkib. O, burada mərkəzin fəaliyyəti ilə tanış olub, mərkəz əməkdaşları ilə söhbət edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728