Sahibə Qafarova: COP29 çərçivəsində mühüm qərarların qəbul edilməsi ölkəmizin çoxtərəfliliyə sarsılmaz sadiqliyinin zirvəsi olmuşdur
Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyasında çıxışı zamanı Azərbaycanın COP29-a uğurla sədrliyi barədə də danışıb.
Onun sözlərinə görə, qlobal ictimaiyyətin yekdil dəstəyi ilə Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi seçilməsi, COP29 çərçivəsində Azərbaycanın rəhbərliyi ilə mühüm qərarların qəbul edilməsi ölkəmizin çoxtərəfliliyə sarsılmaz sadiqliyinin zirvəsi olmuşdur.
Spiker Sahibə Qafarova Milli Məclisin Parlamentlərarası İttifaq ilə birlikdə COP29 çərçivəsində təşkil etdiyi və çoxtərəfli iqlim fəaliyyətinə parlament töhfəsini verən Parlament Konfransı barədə də məlumat verərək deyib ki, parlamentimizin çoxtərəfli əməkdaşlığa fəal cəlb olunması da bu yanaşmanın davamıdır.