azturkxeber.az
http://azturkxeber.az

Dövlət Komitəsinin 2024-cü ilin yekunlarına dair Kollegiya iclası keçirilib

12-02-2025

 

12 fevral 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ötən ilin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

AzTurkxüber.az xəbər verir ki,  Dövlət Komitəsinin sədri Bahar Muradova, ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib, həyata keçirilən tədbir və layihələr, hazırlanan təhlillər və əldə olunan nəticələrlə bağlı statistik göstəriciləri diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, dövlətin ailə, qadın və uşaq hüquqları istiqamətində siyasətinə uyğun olaraq, Naxçıvanda həyata keçirilən tədbir və layihələr barədə məlumat verib.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva,  2025-ci ilin birinci yarısı üçün qarşıda duran vəzifələrə dair,  Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova isə Komitə yanında məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun yaradılması ilə bağlı çıxış edib. 

Məruzələrdən sonra müzakirələr aparılıb və kollegiyanın gündəliyindəki məsələlər üzrə qərarlar qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728