azturkxeber.az
http://azturkxeber.az

Ali Məclis deputatlarının payız sessiyası dövründə  ictimai-siyasi fəaliyyətləri ilə bağlı Məlumat

12-02-2025

 

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları tərəfindən 2024-cü ilin payız sessiyası dövründə 218 dəfə vətəndaşlarla görüş keçirilib, ümumilikdə, 981 vətəndaş müraciəti qəbul olunub. Müraciətlərin həlli istiqamətində işlər aparılıb, aid qurumlarla əlaqələndirilib.

AzTurkxeber.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib. 

Ali Məclisin deputatları payız sessiyası dövründə media ilə aktiv əməkdaşlıq ediblər. Belə ki, deputatların müxtəlif qəzet və informasiya saytlarında, ümumilikdə, 70-ə yaxın məqaləsi dərc olunub. Həmçinin onlar 30-dan çox televiziya və radio verilişlərində qonaq olub, ölkəmizdə baş verən mühüm hadisələr, əlamətdar günlər, Azərbaycanın ev sahibliyi etdiyi COP-29 beynəlxalq konfransı, “Yaşıl dünya naminə həmrəylik ili”, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi, habelə müxtəlif sosial-iqtisadi və siyasi məsələlərlə bağlı fikirlərini bölüşüblər. Media vasitəsilə ölkə ictimaiyyətinə dövlət proqramları, iqtisadi inkişaf strategiyaları və muxtar respublikada həyata keçirilən sosial layihələr haqqında ətraflı məlumat verilib.
Deputatlar bu müddət ərzində Naxçıvan Muxtar Respublikasında, ölkəmizin digər şəhər və rayonlarında, həmçinin xarici ölkələrdə keçirilən 279 ictimai-siyasi, iqtisadi, mədəni və elmi tədbirlərin iştirakçısı olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728