azturkxeber.az
http://azturkxeber.az

Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının növbəti iclasında iştirak edib

19-02-2025

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) İdarə Heyətinin onlayn iclasında iştirak edib.

AzTurkxeber.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. 

Görüşdə Assosiasiyanın 2025-ci il üçün fəaliyyət planı və insan hüquqları sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Ombudsman iclasda çıxışı zamanı ötən il ərzində Assosiasiya çərçivəsində həyata keçirilən işlərə toxunaraq, qlobal insan hüquqları problemlərinin həllində beynəlxalq əməkdaşlığın önəmini vurğulayıb. O, ombudsman institutlarının insan hüquqlarının müdafiəsində fəal rol oynamalı olduğunu və beynəlxalq hüququn pozulmasına qarşı birgə mübarizənin vacibliyini qeyd edib.

Silahlı münaqişələrin insanlara vurduğu ağır fəsadlara diqqət çəkən S.Əliyeva bu proseslərdən ən çox qadınların, uşaqların və yaşlı insanların zərər çəkdiyini bildirib. O, beynəlxalq hüquq normalarına etinasız yanaşılmasının təəssüf doğurduğunu və bu hallara qarşı ombudsmanların birgə səylərlə təsir göstərməli olduğunu vurğulayıb.

Ombudsman müasir dövrün mühüm problemlərindən biri kimi məcburi miqrasiyanı xüsusi qeyd edib. O, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının doğma torpaqlarından qaçqın düşdüyünü və onların fundamental hüquqlarının pozulduğunu iştirakçıların diqqətinə çatdırıb. Ombudsman bu insanların hüquqlarının müdafiəsi və doğma torpaqlarına qayıdışının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
İƏT OA çərçivəsində cari ildə məcburi miqrasiyaya dair maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyini vurğulayan Ombudsman bu təşəbbüslərin insan hüquqlarının qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Görüş qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728