azturkxeber.az
http://azturkxeber.az

Masallıda “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar tədbir keçirilib

07-02-2025

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi,  Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektoru, Masallı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı regional bölməsi, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar “Dövlətin suverenliyi və Konstitusiyanın aliliyi prinsipi” mövzusunda tədbir təşkil olunub.

AzTurkxeber.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov tədbirdə çıxış edərək, 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasının qoyulduğunu bildirib. 

Eyni zamanda, İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Zəfər və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bütün ərazilərdə bərqərar olduğu diqqətə çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728