azturkxeber.az
http://azturkxeber.az

Kino Agentliyi ilə Moldova Milli Kino Mərkəzi arasında memorandum imzalanıb

19-02-2025

 

Xəbər verdiyimiz kimi, ölkəmiz 13-23 fevral tarixlərində keçirilən 75-ci Berlin Beynəlxalq Film Festivalında (Berlinale) təmsil olunur. 

AzTurkxeber.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində milli kinematoqrafiyamızın dünyada daha geniş tanıdılması və bu sahədə əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə işgüzar görüşlər keçirir, müzakirələr aparılır.
Berlində Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə Moldova Milli Kino Mərkəzi arasında memorandum imzalanıb. Memorandumun məqsədi audiovizual fəaliyyət sahəsində daha intensiv əməkdaşlıq və film mədəniyyətinin, auditoriya inkişafının və iki ölkənin birgə film istehsalının təşviq edilməsidir. 
Sənədi ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu və Moldova Milli Kino Mərkəzinin icraçı direktoru Valentina İusuphodjaev imzalayıblar. Memorandumda bu sənədin müddəalarından irəli gələn əməkdaşlıq fəaliyyətinin icrasını təmin etmək məqsədilə tərəflər arasında müvafiq müqavilələrin imzalanması nəzərdə tutulur. 
Qeyd edək ki, milli kino sənətimizi beynəlxalq aləmə tanıtmaq və ölkəmizin mədəni irsini nümayiş etdirmək məqsədilə ARKA-nın 75-ci Berlinaledə xüsusi pavilyonu qurulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728