azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxanada Əliağa Vahida həsr olunan virtual sərgi təqdim edilib

17-02-2025


Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsi, Füzuli ənənələrinin davamçısı Əliağa Vahidin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Böyük qəzəl ustadı Əliağa Vahid” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib.

Kitabxanadan bildirilib ki, virtual sərgidə böyük qəzəlxanın həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu və haqqında yazılan kitablar, məqalələr təqdim olunub.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Eliaga_Vahid/index.htm linkindən istifadə edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728