azturkxeber.az
http://azturkxeber.az

Qazax teatrında “Səsin mənəm, Xocalı!” adlı səhnə əsəri nümayiş etdiriləcək

13-02-2025


Qazax Dövlət Dram Teatrında XX əsrin qanlı faciəsi - Xocalı soyqırımına həsr edilmiş “Səsin mənəm, Xocalı!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriləcək.

Teatrdanverilən məlumata görə, hazırda məşqləri aparılan, fevralın 25-i nümayiş olunacaq ədəbi-bədii kompozisiyanın ssenari müəllifi və quruluşçu rejissoru Ceyhun Vəlizadə, rəssamı Aysan Omarovadır.

Rolları Əməkdar artist Hacı Hacıyev, Rüfət Ömər, Ceyhun Vəlizadə, Xəyalə Eminalıyeva, Zəmanə Dərviş, Kamil Məmmədov ifa edəcəklər. Yaradıcı heyət Novruz bayramına həsr olunan, balaca tamaşaçılar üçün nəzərdə tutulan “Ünsürlərin sehri” adlı tamaşanın məşqlərini də davam etdirir. 18, 19, 20 mart tarixlərində nümayiş etdiriləcək tamaşada rolları Rüfət Ömər, Xəqan Qurbanov, Ceyhun Vəlizadə, Vüsal Hüseynov, Məmməd Hacaliyev, Əhməd Musayev, Zəmanə Dərviş, Aytac Cəfərova canlandıracaqlar. Səhnə əsərinə Ceyhun Vəlizadə quruluş verir. Teatrda gələn ay Ağalar İdrisoğlunun əsəri əsasında hazırlanan “Teleqram”, Şəbnəm Xeyrullanın monopyesi əsasında hazırlanan “Arqon” adlı tamaşaların premyerası da nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728