azturkxeber.az
http://azturkxeber.az

Özbəkistanlı tələbələr Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində akademik təcrübə keçəcəklər

13-02-2025


Qarşılıqlı razılığa əsasən Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun tələbələri bu ölkədə yerləşən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində akademik təcrübə keçəcəklər.

Mərkəzdən verilən məlumata görə, bu təşəbbüs iki qardaş xalq arasında dostluq və mədəni əlaqələrin daha da gücləndirilməsinə xidmət edir. Layihə çərçivəsində tələbələr Azərbaycan dili kurslarında iştirak edəcək, eyni zamanda, müxtəlif mədəni tədbirlərin təşkilinə qoşularaq yerli mühitdə bilik və bacarıqlarını təkmilləşdirəcəklər. Təcrübə proqramı ərzində onlar Azərbaycan tarixi, ədəbiyyatı və incəsənəti ilə yaxından tanış olacaq, milli-mədəni irsimizi daha dərindən öyrənəcəklər. Bu layihə tələbələr üçün həm akademik, həm də praktiki biliklər əldə etmək baxımından böyük fürsətdir.

Bildirilib ki, Azərbaycan dilinin Özbəkistanda öyrənilməsi iki ölkə arasında elmi və mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verəcək. Bundan əlavə, proqramın iştirakçıları gələcəkdə Azərbaycan-Özbəkistan münasibətlərində mühüm rol oynaya biləcək mütəxəssislər kimi yetişəcəklər.

Qeyd edilib ki, bu təşəbbüs Azərbaycan və Özbəkistan arasında son illərdə sürətlə inkişaf edən dostluq münasibətlərinin göstəricisidir. Gələcəkdə bu cür proqramların davamlı olması və daha genişmiqyaslı təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728