azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Dohada 13-cü Beynəlxalq Musiqi və Rəqs Konqresində təmsil olunub

12-02-2025


Fevralın 11-də Dohada yerləşən Katara Ud Mərkəzində 13-cü Beynəlxalq Musiqi və Rəqs Konqresi keçirilib. Azərbaycan, Türkiyə, Qırğızıstan və Özbəkistan universitetlərinin tərəfdaşlığı ilə keçirilmiş Konqresdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası və Azərbaycan Milli Konservatoriyasının bir qrup musiqi xadimləri də iştirak ediblər.

Azturkxeber.az ölkəmizin Qətər Dövlətindəki səfirliyinə istinadla xəbər verir ki, tədbirin bədii hissəsində Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Konsertdə sənətçilərimiz fortepiano, həmçinin fleytada "Ay Laçın", "Sarı gəlin" və digər Azərbaycan xalq mahnılarını ifa ediblər.

Azərbaycanın Qətər Dövlətindəki səfiri Adış Məmmədov beynəlxalq konqresin əhəmiyyətindən danışıb. O, bu kimi tədbirlərin türk dünyasının birliyinin, həmçinin türk xalqlarının ortaq mədəniyyətinin formalaşmasında müstəsna rolunu qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728