azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxanada “Əməkdar elm xadimi Əziz Mirəhmədov – 105” adlı sərgi açılıb

11-02-2025


Milli Kitabxanada ədəbiyyatşünaslığın görkəmli nümayəndəsi, tanınmış tənqidçi və mətnşünas alim, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirəhmədovun 105 illiyi münasibətilə virtual və ənənəvi kitab sərgisi hazırlanıb.

Kitabxanadan bildirilib ki, sərgilərdə professorun elmi tədqiqatları, elmi fəaliyyəti, transliterasiya və tərtib etdiyi, redaktoru, “Ön söz” müəllifi olduğu ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələri Azərbaycan və rus dillərində nümayiş etdirilir.

Virtual sərgi ilə linki vasitəsilə tanış olmaq mümkündür.

Sərgi bir həftə davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728