azturkxeber.az
http://azturkxeber.az

Bakı-Qazax yolunda zəncirvari qəza: 13 avtomobil toqquşdu – ölən və yaralananlar var

16-02-2025

AzTurkxeber.az xəbər verir ki, bu barədə BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyevin verdiyi məlumat verib. 

BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyevin verdiyi məlumata deyilir :
"Bugün gecə saat 03:00 radələrində Bakı-Qazax yolunun 237-ci km-də güclü duman səbəbindən görünüş məsafəsinin azalması nəticəsində yaxın məsafalərdə bir neçə qəza baş verib.

Hadisə yerinə dərhal yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub. Qəza nəticəsində 2 nəfər həyatını itirib, 1 nəfər isə ağır xəsarət alıb.  İlkin ehtimala görə qəza  dumanlı yolda bir neçə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində durması nəticəsində arxadan gələn nəqliyyat vasitələrinin vaxtında reaksiya verə bilməyərək onlara çırpılması nəticəsində baş verib. 

Faktla bağlı araşdırma aparılır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728