Ağdamda polis kabel oğrusunu saxlayıb
Ağdamda polisə rayon ərazisində yerləşən subartezian quyularını elektrik enerjisi ilə təmin edən 360 metr uzunluğunda kabelin oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan Yusif Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.