İmişlidə qanunsuz saxlanılan silahlar polisə təhvil verilib
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundanverilən məlumata görə, keçirilən son tədbirlər nəticəsində vətəndaşlardan 7 ov tüfəngi təhvil götürülüb.