Ağstafada yol qəzası baş verib, xəsarət alanlar var
Ağstafada yol qəzası baş verib.
Hadisə rayonun Bayraq meydanı yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı 1994-cü il təvəllüdlü E.Məmmədli və 1987-ci il təvəllüldü M.İsmayılov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.