azturkxeber.az
http://azturkxeber.az

Şamaxı xəstəxanasının sabiq direktoru ilə bağlı cinayət işi açılıb, məhkəməsi başlayır

22-01-2025 Baxılıb: 11

Şamaxı xəstəxanasının sabiq direktoru ilə bağlı cinayət işi açılıb, məhkəməsi başlayır

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Emin Hüseyn barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası fevralın 5-nə təyin edilib.

İşə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə baxılacaq.

Məlumata görə, Hüseyn Emin Ramiz oğlu 2022-ci ildə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor vəzifəsinə təyin edilib. Sonradan vəzifəsindən azad olunub.

Onunla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tanınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031