azturkxeber.az
http://azturkxeber.az

Dövlət istiqrazlarından əldə olunan vəsaitlə investorlara 1,9 milyard manat borc ödənişi edilib

13-02-2025

Dövlət istiqrazlarından əldə olunan vəsaitlə investorlara 1,9 milyard manat borc ödənişi edilib


2025-ci il 1 yanvar tarixinə dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 1,47 təşkil edib.

Daxili maliyyə bazarında mövcud tələbatın əsasən qısamüddətli (3 ilədək) dövlət istiqrazlarında cəmlənməsi, daha uzun müddətə (5-7 illik) malik dövlət istiqrazlarına isə marağın olmaması dövlət istiqrazları üzrə OÖM-nin son illər ərzində aşağı düşməsinə səbəb olub.

2024-cü il ərzində daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 1 milyard 888,7 milyon manat məbləğində əsas borc ödənişləri investorlara geri qaytarılıb, dövlət büdcəsinin borca xidmət xərcləri hesabına isə 170,3 milyon manat məbləğində faiz və diskont ödənişləri həyata keçirilib. 2024-cü il ərzində “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanunu”nun 7.1-ci maddəsinə uyğun olaraq daxili dövlət borcu üzrə 230,7 milyon manat məbləğində faiz və diskont ödənişləri “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaiti hesabına yerinə yetirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728