azturkxeber.az
http://azturkxeber.az

ASK: Ölkə iqtisadiyyatında özəl sektorun payı 80 faizdən çoxdur

13-02-2025

ASK: Ölkə iqtisadiyyatında özəl sektorun payı 80 faizdən çoxdur


Bu gün ölkə iqtisadiyyatında özəl sektorun payı 80 faizdən çoxdur və bu, sahibkarların iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrildiyini göstərir.

Bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumda deyib.

O bildirib ki, sahibkarların ən çox təmasda olduğu xidmətlərdən biri vergidir. Ona görə də vergi sistemində ötən 25 ildə baş verən dəyişikliklər ilk növbədə sahibkarların fəaliyyətinə müsbət təsir edib.

“Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Dövlət Vergi Xidməti arasında formalaşan əməkdaşlıq ölkəmizdə dövlət-özəl sektor dialoqunun ən uğurlu nümunələrindən biridir. Bu qarşılıqlı əlaqə sahibkarlığın inkişafına, vergi sisteminin təkmilləşdirilməsinə və biznes mühitinin daha əlverişli olmasına böyük töhfə verib. Vergi sistemində tətbiq edilən rəqəmsallaşma, innovativ yanaşmalar, dövlət-özəl dialoqunda nümayiş etdirdiyi səmimi və açıq münasibət, iş adamlarının qaldırdığı məsələlərə həssas yanaşması bu müsbət imicin formalaşmasında müstəsna rol oynayır. Vergi siyasətinin liberallaşdırılması və biznesin inkişafına yaradılan şərait nəticəsində sahibkarlıq subyektlərinin sayı ilbəil artır, iqtisadi aktivlik yüksəlir. Qarabağın iqtisadi inkişafı üçün atılan addımlar, orada yerləşən xüsusi iqtisadi zonalar üçün nəzərdə tutulan vergi güzəştləri özəl investisiyalar üçün cəlbediciliyi artırır. Xüsusən də strateji sahə kimi kənd təsərrüfatı sektorunun vergidən azad olması bu sahədə sahibkarlıq subyektlərinin sayının artmasında özünü bilavasitə göstərir”, - deyə Məmməd Musayev vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728