Xizək yarışı üzrə ilk Türk Dövlətləri Kuboku keçirilib
Fevralın 18-də Türk Dövlətlərinin Xizək Kurortları İttifaqının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının dəstəyi ilə Özbəkistanın Amirsoy Dağ Kurortunda həvəskarlar arasında xizək yarışı üzrə ilkTürk Dövlətləri Kuboku keçirilib.
AzTurkxeber.az-ın məlumatına görə, yarışın keçirilməsinin əsas məqsədi idman sahəsində türkdilli dövlətlərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və insanlar arasında xizək idmanına marağı artırmaqdır.
Turnirdə Azərbaycan,Özbəkistan,Qazaxıstan və Türkiyədən müxtəlif yaş kategoriyalarında olan 50-ə yaxın xizəkçi iştirak edib. Yarışın nəticələrinə əsasən Azərbaycandan qatılan həvəskar xizəkçilər Ceyhun Balametov qızıl, Famil Valimotov isə bürünc medala sahib olublar.
Yarışın nəticələri
18-25 yaş qadınlar arasında
I YER: Radionova Kseniya – Qazaxıstan
II YER: Pisarkova Marqarita - Özbəkistan
18-25 yaş kişilər arasında
I YER: Kuşmatov Muhammadali - Özbəkistan
II YER: Rizayev Saidazim - Özbəkistan
III YER: Yunusov ... - Özbəkistan
26-45 yaş qadınlar arasında
I YER: Nataliya Lapşina – Qazaxıstan
II YER: Sotenskaya Yekaterina - Özbəkistan
III YER: Kseniya Trebisovskaya - Özbəkistan
26-45 yaş kişilər arasında
I YER: Balametov Ceyhun – Azərbaycan
II YER: Dementiyev Artyom – Qazaxıstan
III YER: Valimotov Famil – Azərbaycan
46+ yaş qadınlar arasında
I YER: Anastasiya Sotenskaya - Özbəkistan
II YER: Kamatqaliyeva Farida - Özbəkistan
III YER: Matikova Yelena - Özbəkistan
46+ yaş kişilər arasında
I YER: Barkovskiy Aleksandır - Özbəkistan
II YER: Larin Vladimer - Özbəkistan
III YER: Dmitriy Leykov - Özbəkistan
Turnirin sonunda qaliblər kubok və medallarla təltif olunublar.
Qeyd edək ki,Türk Dövlətlərinin Xizək Kurortları İttifaqına Azərbaycanın Şahdağ, Özbəkistanın Amirsoy,Qazaxıstanın Şimbulak və Türkiyənin Uludağ Dağ Kurortları daxildir.