azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan çimərlik voleybolu üzrə Avropa ölkələrinin reytinqində birinci sıradadır

17-02-2025

Azərbaycan çimərlik voleybolu üzrə Avropa ölkələrinin reytinqində birinci sıradadır

Avropa Voleybol Konfederasiyası çimərlik voleybolu üzrə klubların nəticələrinə görə ölkələrin reytinqini açıqlayıb.

Voleybol Federasiyasından bildiriblər ki, Azərbaycan həm qadınların, həm də kişilərin sıralamasında birinci yerdə qərarlaşıb (qadınlar - 75 xal, kişilər - 90 xal).

Ölkənin reytinq xalları 2023 və 2024-cü illərdə klublararası Avropa Kubokunda komandalarımızın uğurlu çıxışı sayəsində daha da artıb.

Qeyd edək ki, 2023-cü ildə “Murov Az Terminal”ın kişilərdən ibarət komandası, 2024-cü ildə isə “Azərreyl”in həm qadın, həm də kişi komandaları Avropa Kubokunun qalibi olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728