azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanlı atlet Namiq Babayevdən ardıcıl 3-cü qızıl medal

16-02-2025


Bakı şəhərində 2008-2009-cu il təvəllüdlü idmançılar arasında yüngül atletika üzrə ölkə birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bölgə müxbirinə bildirilib ki, Bakı Atletika Mərkəzində iki gün davam edən yarışa muxtar respublikadan 6 idmançı qatılıb.

Naxçıvan təmsilçilərindən Namiq Babayev ötən ölkə birinciliyindəki (2010-2011) ikiqat qızıl medal sevincini təkrarlaya bilərdi. Maraqlıdır ki, atlet bu cür yarışlarda nadir rast gəlinən məqamla üzləşib. 1500 metr məsafəyə qaçış yarışında finişə rəqibi ilə başabaş çatan idmançı yekun nəticədə saniyənin 2/100 nisbətində fərqlə (4:33.71-4:33.69) birinciliyi əldən verib. Buna rəğmən, o, 3000 metr məsafədə bütün rəqiblərini geridə qoyaraq (9:58.90) qızıl medala sahib çıxıb.

Bu nəticələrlə Namiq Babayev son on gündə iştirak etdiyi ölkə birinciliklərində 3 qızıl və 1 gümüş medal qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728