azturkxeber.az
http://azturkxeber.az

Şotlandiyada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

16-02-2025

Şotlandiyanın Aberdin Universitetində Azərbaycan cəmiyyətinin təşkilatçılığı və Aberdində yeni təsis edilmiş “BA Mədəniyyət Mərkəzinin” maliyyə dəstəyi ilə dünya şahmat tarixinə iz qoymuş böyük Azərbaycan şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.

Turnir müxtəlif millətləri və mədəniyyətləri təmsil edən şahmat həvəskarlarını bir araya gətirib. Rəqabətli və maraqlı qarşılaşmaların baş tutduğu turnirdə I yerin qalibi Şotlandiyada yaşayan azərbaycanlı Nihad Abdullazadə, II yerin sahibi azərbaycanlı tələbə Şahin Quliyev, III yerin qalibi isə “Bridge” Şahmat Klubunun üzvü Lukas Alvares olub.

Turnirin sonunda qaliblərə pul mükafatları, iştirakçılara isə sertifikatlar təqdim edilib. Bu yarış Azərbaycanın şahmat ənənələrinin gənc nəsil arasında yaşadığını və beynəlxalq səviyyədə layiqincə təmsil olunduğunu bir daha sübut edib. Azərbaycan cəmiyyəti gələcəkdə də bu tip tədbirlərin davam etdiriləcəyini və şahmatın həm universitet daxilində, həm də geniş ictimaiyyət arasında daha da populyarlaşdırılması üçün fəaliyyətini davam etdirəcəyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728