azturkxeber.az
http://azturkxeber.az

Batut və tamblinq gimnastikası üzrə ölkə çempionatı, Bakı birinciliyi keçirilib

16-02-2025

Batut və tamblinq gimnastikası üzrə ölkə çempionatı, Bakı birinciliyi keçirilib


Azərbaycan Gimnastika Federasiyası milli yarışlar mövsümünə start verib.

Milli Gimnastika Arenasının köməkçi zalında batut gimnastikası üzrə 9-cu, tamblinq üzrə 21-ci ölkə çempionatı və Bakı birinciliyi yarışı keçirilib.

İki gün ərzində müxtəlif yaş kateqoriyalarında idmançılar hər iki gimnastika növü üzrə qalibiyyət uğrunda mübarizə aparıblar. Batut gimnastikası üzrə yarışlarda gimnastlar balacalar (2016-2018), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2009-2010) və böyüklər (2008 və daha böyük) yaş kateqoriyalarında fərdi və sinxron proqramlar üzrə çıxış ediblər.

Tamblinq yarışlarında isə iştirakçılar balacalar (2016-2018), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2009-2010) və böyüklər (2008 və daha böyük) yaş kateqoriyaları üzrə performanslarını nümayiş etdiriblər.

Sonda qaliblərə medallarla yanaşı, diplom və hədiyyələr təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728