azturkxeber.az
http://azturkxeber.az

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

15-02-2025

Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin ikinci günündə qızıl medal qazanıb.

81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda Kanadanı təmsil edən Fransua Qotye Drapönü məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

73 kiloqramda Rəşid Məmmədəliyev həlledici qarşılaşmada dünya ikincisi olan yaponiyalı cüdoçu Tatsuki İşiharaya uduzaraq gümüş mükafata yiyələnib.

Eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə isə üçüncü yer uğrunda gənclər arasında dünya çempionu digər Yaponiya idmançısı Ryuqa Tanakanı üstələyərək bürünc medala sahib çıxıb.

Qeyd edək ki, fevralın 16-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 12 çəki dərəcəsində 32 idmançı (23 kişi və 9 qadın) ilə təmsil olunur. Turnirdə ümumilikdə 36 ölkədən 258 cüdoçu medallar uğrunda mübarizə aparır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728