Serbiyanın paytaxtı Belqradda atletika üzrə qapalı məkanda Balkan çempionatı keçirilir
Serbiyanın paytaxtı Belqradda atletika üzrə qapalı məkanda Balkan çempionatı keçirilir.
AzTurkxeber.az xəbər verir ki, bu barədə İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yarışda ölkəmiz 6 idmançı ilə təmsil olunur. Üç təkanla tullanma növündə mübarizə aparan Rüstəm Məmmədov nüfuzlu yarışda parlaq qələbə ilə yadda qalıb. Atletimizin göstəricisi 16.30 metr olub. Bu nəticə ilə Məmmədov 9 ölkədən 12 idmançının mübarizə apardığı yarışda bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xatırladaq ki, son dəfə Azərbaycan idmançılarından Nazim Babayev 2020-ci ildə qapalı məkanda Balkan çempionatının qalibi olmuşdu.