azturkxeber.az
http://azturkxeber.az

Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti İdman Akademiyasında təlim keçir

15-02-2025

Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti İdman Akademiyasında təlim keçir


Azərbaycan İdman Akademiyasında “İdman tibbində diz zədələnmələri. Diaqnostika, müalicə və reabilitasiya” mövzusunda elmi-praktik təlim başlayıb.

Akademiyadan verilən məlumata görə, təlimin ilk günündə Azərbaycan İdman Akademiyasının rəhbər heyəti və həkimlər iştirak ediblər.

Təlimçi Böyük Britaniyanın UCL Universitetinin professoru, Kral Tibb Cəmiyyətinin İdman Tibbi Bölməsinin vitse-prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti professor Maykl Luzmor dizin təkamülü, anatomiyası və diz biotexnikası barədə ətraflı danışıb.

Britaniyalı mütəxəssis təlim iştirakçılarının suallarını cavablandırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728