azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan cüdoçuları Bakıdakı "Böyük Dəbilqə" turnirinə 2 medalla başlayıblar

14-02-2025


Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.

 60 kiloqram çəki dərəcəsində çıxış edən Əhməd Yusifov üçüncü yer uğrunda görüşdə ukraynalı Dilşot Xalmatova, 66 kiloqramda mübarizə aparan Elşad Əsədov isə özbəkistanlı Azizbek Ortikova qalib gələrək fəxri kürsüyə qalxıblar.

60 kiloqramda yer alan digər Azərbaycan cüdoçusu Balabəy Ağayev isə bürünc medal uğrunda qarşılaşmada belçikalı Yorre Verstratenə uduzub.

Qeyd edək ki, fevralın 16-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 12 çəki dərəcəsində 32 idmançı (23 kişi və 9 qadın) ilə təmsil olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728