azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanı Avropa Kubokunda 16 cüdoçu təmsil edəcək

14-02-2025

Azərbaycanı Avropa Kubokunda 16 cüdoçu təmsil edəcək


Azərbaycanın yeniyetmə cüdoçuları Slovakiyanın Samorin şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcəklər.

Cüdo Federasiyasından bildiriblər ki, ölkəmiz yarışda oğlanlar arasında 8 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunacaq.

Avropa Kubokunda milli komandanın üzvlərindən Anar Quliyev, İbrahim Talıbov (hər ikisi 50 kiloqram), Məhəmmədəli Hüsiyev, Rəsul Əlizadə (55 kiloqram), Zeyd Ələsgərov, İlkin Qarayev (hər ikisi 60 kiloqram), Əli Hümbətov, Özqan Quliyev (hər ikisi 66 kiloqram), Məhəmməd Ağakişiyev, Səid Şərifov (73 kiloqram), Amin Mehdiyev, Abdullah Rəhmətov (81 kiloqram), Nurəddin Əliyev, Emin Şirinov (hər ikisi 90 kiloqram), Tunar Fərzəliyev, Sübhan Axundov (hər ikisi +90 kiloqram) gücünü yoxlayacaq.

Cüdoçulara yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə rəhbərlik edəcək. Yarışda “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Rəşad Əliyev ədalət təmsilçiləri arasında yer alacaq.

Qeyd edək ki, fevralın 15-16-da təşkil olunacaq Avropa Kubokunda 32 ölkədən 707 idmançı mübarizə aparacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728