azturkxeber.az
http://azturkxeber.az

Çimərlik voleybolçularımız Misirdə dünya çempionatında iştirak edəcəklər

14-02-2025

Çimərlik voleybolçularımız Misirdə dünya çempionatında iştirak edəcəklər


Fevralın 21-dən 23-dək Misirin Hurqada şəhərində çimərlik voleybolu üzrə dünya çempionatı (“The Clash Beach Volleyball tournament”) keçiriləcək.

Azturkxeber.az “əl-Yaum əs-Səbi” nəşrinə istinadla xəbər verir ki, Səhl Haşiş çimərliyində təşkil olunacaq yarışda 30 ölkədən 97 komanda, ümumilikdə 165 kişi və qadın idmançı iştirak edəcək. Azərbaycan yığma komandası bu beynəlxalq idman tədbirinə qatılacaq.

Digər iştirakçı ölkələr bunlardır: Misir, Rusiya, İtaliya, Sloveniya, Səudiyyə Ərəbistanı, Slovakiya, İspaniya, Çexiya, Almaniya, Ukrayna, Braziliya, Polşa, ABŞ, Portuqaliya, Dominika, İsveçrə, Yunanıstan, Avstriya, Serbiya, Ermənistan, Honqkonq, Niderland, Fransa, Uels, Norveç, Futuna arxipelaqı və Livan.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728