azturkxeber.az
http://azturkxeber.az

Bu gün 75-ci Berlin Beynəlxalq Film Festivalı start götürüb

14-02-2025

Bu gün 75-ci Berlin Beynəlxalq Film Festivalı start götürüb


Fevralın 13-də 75-ci Berlin Beynəlxalq Film Festivalı (Berlinale) start götürüb.

Fevralın 23-dək davam edəcək festival rejissor Tom Tikverin “The Light” (İşıq) filmi ilə başlayıb. Festivalda 19 film “Qızıl Ayı” mükafatı uğrunda yarışacaq.

Berlinalenin proqramı müxtəlif janrları əhatə edir və aktual mövzuları əks etdirən filmlərlə zəngindir. Builki Berlinale sənət və siyasətin kəsişməsində dayanan filmləri ilə tamaşaçılara unudulmaz təəssüratlar bəxş etməyi hədəfləyir.

Festivalın bədii rəhbəri Trisia Tutle Berlinalenin həm siyasi, həm də sənət baxımından əhəmiyyətini vurğulayaraq, tədbirin aktual qlobal məsələləri əks etdirdiyini diqqətə çatdırıb.

Berlinalenin açılış filmi “The Light” Almaniyada seçkilər fonunda dram, siyasət və miqrasiya mövzularını birləşdirir. Baş rol ifaçısı Lars Aydinger filmin miqrantların cəmiyyətə inteqrasiyasını və onların qəbul edilməsini vurğuladığını bildirib.

Festivalın proqramında Riçard Linklaterin “Blue Moon”, Radu Yudenin “Kontinental 25” və Honq Sanq-sunun “What Does that Nature Say to You” filmləri diqqət çəkir.

Tədbir çərçivəsində “Mickey 17” və “A Complete Unknown” kimi yüksək profilli filmlərin Almaniya premyeraları da keçiriləcək.

Berlinale, həmçinin Avropa Film Bazarı (EFM) vasitəsilə müstəqil filmlərin alqı-satqısı üçün mühüm platforma rolunu oynayır və yeni istedadların üzə çıxmasına töhfə verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728