azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan cüdoçusu Bakıdakı “Böyük Dəbilqə” turnirini buraxacaq

13-02-2025

Azərbaycan cüdoçusu Bakıdakı “Böyük Dəbilqə” turnirini buraxacaq


Azərbaycan cüdoçusu Turan Bayramov Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edə bilməyəcək.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı məşq zamanı aldığı zədə səbəbindən yarışı buraxacaq.

Qeyd edək ki, fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək “Böyük Dəbilqə”də Azərbaycan 12 çəki dərəcəsində 32 idmançı (23 kişi və 9 qadın) ilə təmsil olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728