azturkxeber.az
http://azturkxeber.az

Bakıda badminton üzrə Avropa çempionatı start götürüb

12-02-2025

Bakıda badminton üzrə Avropa çempionatı start götürüb


Bakıda ilk dəfə keçirilən badminton üzrə qarışıq komandaların Avropa çempionatına start verilib.

Bakı İdman Sarayında təşkil olunan turnirdə Danimarka, İspaniya, İngiltərə, Fransa, Almaniya, Çexiya, Niderland və Azərbaycan olmaqla ümumilikdə 8 komanda mübarizə aparır.

Birinci qrupda yer alan Azərbaycan millisi ilk oyununu İngiltərə seçməsinə qarşı keçirir. Yığmanın heyətində 16 badmintonçu - Cahid Əlhəsənov, Keişa Fatimə Zəhra, Məhəmmədəli Bayramlı, Edi Reski Dviçayo, Aqil Qabilov, Rəvan Niftəliyev, Ülvi Hüseynov, Leyla Camalzadə, Aysu Kərimzadə, Viktoriya Kumanyayeva, Həcər Nuriyeva, Dikki Dvi Pangestu, Nigar Səmədova, Murad Şabanzadə, Əmirxan İmanov və Nəzrin Mehralızadə yer alır.

Qeyd edək ki, Avropa çempionatında ilk 2 pillənin sahibləri yarımfinala vəsiqə qazanacaqlar. Yarışa fevralın 16-da yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728