azturkxeber.az
http://azturkxeber.az

Dağ velosipedi üzrə Avropa çempionatı Höteborqda keçiriləcək

08-02-2025

Dağ velosipedi üzrə Avropa çempionatı Höteborqda keçiriləcək


Dağ velosipedi idman növü üzrə 2027-ci ildə təşkil ediləcək Avropa çempionatı İsveçin Höteborq şəhərində keçiriləcək. Dağ velosipedi xüsusi avadanlıqlarla təchiz olunmuş dağ və ya hibrid yol velosipedləri vasitəsilə əsasən çətin keçilən yollarda təşkil edilən idman növüdür.

İsveçin “Master” veloklubu tərəfindən təşkil edilən yarış beş gün davam edəcək. İdmançılar tam yeni yolda 13 çempionluq titulu uğrunda mübarizə aparacaqlar. Bu yolda test yürüşü artıq bu il baş tutacaq.

“Belə yüksəksəviyyəli çempionatın keçirilməsinin bizə həvalə edilməsi illər ərzində aparılan ağır işlərin nəticəsidir. Ümid edirik ki, idmansevərlər dünya səviyyəli yarışa tamaşa etməkdən zövq alacaqlar və bu, daha çox insana, əsasən də gənclərə velosiped sürməyin sevincini yaşamaqda ilham verəcək”, - deyə veloklubun sədri Albin Andresson söyləyib.

Qitələrarası yarışda 30-dan çox ölkədən 400-dən artıq velosipedçinin iştirak etməsi gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728