azturkxeber.az
http://azturkxeber.az

Bakı-Şamaxı-Yevlax yolunda buzlaşma əleyhinə tədbirlər görülür

21-02-2025

Bakı-Şamaxı-Yevlax yolunda buzlaşma əleyhinə tədbirlər görülür


Fevralın 20-si səhər saatlarından etibarən Qobustan və Şamaxı rayonları ərazisində yağan qar axşam saatlarında daha da intensivləşib. Bunun nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 105-120-ci kilometrliyində yaranan buzlaşma nəqliyyatın hərəkətində müəyyən çətinliklərə səbəb olub.

19 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Nazim Eynallı bildirib ki, yolların buzdan təmizlənməsi üçün hərəkət hissəsinə duz-qum qarışığı səpilib. Ərazidə xüsusi təyinatlı texnika və canlı qüvvə işləyir, yolların qar və buzdan təmizlənməsi istiqamətində tədbirlər davam etdirilir.

Qarlı və şaxtalı hava təkcə Bakı-Şamaxı-Yevlax yolunda deyil, Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunda da hərəkətə ciddi təsir edib. Bu ərazidə də qar və buzlaşma səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşıb. Aidiyyəti qurumlar ərazidə yolların təmizlənməsi və təhlükəsizliyin təmin olunması üçün iş aparır.

Yol təsərrüfatı qurumları sürücülərə müraciət edərək gecə saatlarında Bakı-Şamaxı-Yevlax və Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yollarında ehtiyatlı olmalarını, mümkün qədər bu marşrutlardan istifadə etməməyi tövsiyə ediblər. Hava şəraitinin çətinləşməsi fonunda sürücülərdən sürət rejiminə əməl etmələri, nəqliyyat vasitələrini qış şəraitinə uyğun hazırlamaları və zərurət olmadıqca uzaq səfərlərdən çəkinmələri xahiş olunur.

Qeyd edək ki, ölkənin digər dağlıq və yüksək dağətəyi ərazilərində də güclü qar və buzlaşma müşahidə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728