azturkxeber.az
http://azturkxeber.az

Əmək və əhalinin sosial müdafiəsi naziri Naftalan şəhərində vətəndaşların müraciətlərini dinləyəcək

19-02-2025

Əmək və əhalinin sosial müdafiəsi naziri Naftalan şəhərində vətəndaşların müraciətlərini dinləyəcək


Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev fevralın 28-də Naftalan şəhərində həmin şəhərin və Goranboy rayonunun sakinlərinin müraciətlərini dinləyəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq və həmin məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar fevralın 19–21-də nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728