azturkxeber.az
http://azturkxeber.az

Fəxrəddin Altun: "Dezinformasiya ilə mübarizə gücləndiriləcək, ölkələrimizin tanıtımına dair yeni layihələr həyata keçiriləcək"

19-02-2025

 

Bu gün Sosial Tədqiqatlar Mərkəzində keçirilən "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 5 ili: birgə fəaliyyətə baxış, gələcək hədəflər" adlı dəyirmi masada Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun iştirakçılara müraciət edib.

Azturkxəbər.az xəbər verir ki, Fəxrəddin Altun müraciətində Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın salamlarını çatdırıb və 10 dekabr 2020-ci ildə imzalanan "Türkiyə ilə Azərbaycan Arasında Media Sahəsində Strateji Əməkdaşlığa Dair Anlaşma Memorandumu" çərçivəsində 4 il ərzində əməkdaşlığın gücləndirildiyini vurğulayıb:

"Bu müddət ərzində müxtəlif tədbirlərdə bir araya gəldik və Ortaq Media Platformunun ilk iclasında “kamu diplomatiyası”, “beynəlxalq media”, “strateji kommunikasiya”, “təhsil”, “qanunvericilik və tənzimləmə”, “rəqəmsallaşma və beynəlxalqlaşma” komitələrinin yaradılmasına qərar verdik. Gələcəkdə ölkələrimizin tanıtımına dair layihələrimiz həyata keçiriləcək, xüsusilə dezinformasiya ilə mübarizə gücləndiriləcəkdir. 4 mart 2025-ci ildə Bakıdakı tədbirdə "Daha Ədalətli Bir Dünya Mümkündür" mövzusunda panel keçirəcəyik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728