azturkxeber.az
http://azturkxeber.az

Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı tövsiyə hazırlayıb

19-02-2025

Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı tövsiyə hazırlayıb


Ədliyyə Nazirliyi fəaliyyət istiqamətləri çərçivəsində bələdiyyələrin işinin təşkilinə kömək edir, onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir. Bu istiqamətdə nazirliyin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən tövsiyə hazırlanıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, tövsiyədə bələdiyyələrin tərkibinin formalaşdırılması, ilk iclasının keçirilməsi, iclaslarda müzakirə edilən məsələlər, eləcə də bələdiyyə aktlarının inzibati nəzarət orqanına təqdim olunması və s. məsələlər öz əksini tapıb.

Qeyd edək ki, Azərbaycanda yanvarın 29-da növbəti bələdiyyə seçkiləri keçirilib. Yerli özünüidarənin təkmilləşdirilməsi, dayanıqlı və yüksək maliyyə imkanlarına malik yeni bələdiyyələrin yaradılması, yerli əhəmiyyətli məsələlərin həllində onların fəaliyyətinin genişləndirilməsi məqsədilə qəbul edilmiş müvafiq Qanunla 1400 bələdiyyənin birləşməsi nəticəsində 480 yeni bələdiyyə yaradılıb və ölkə üzrə bələdiyyələrin ümumi sayı 685 olaraq müəyyənləşib.

“Bələdiyyələrlə iş” informasiya sisteminə daxil olaraq tövsiyə ilə tanış olmaq mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728