azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda qeydiyyata alınan VÖEN sayı 6,7 faiz artıb

17-02-2025

Naxçıvanda qeydiyyata alınan VÖEN sayı 6,7 faiz artıb


Naxçıvan Muxtar Respublikasında 2023-cü ildə 6263 yeni vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) qeydiyyata alınmışdısa, 2024-cü ildə bu göstərici 6682-yə çatıb. Bu isə əvvəlki illə müqayisədə 419 yeni VÖEN və ya 6,7 faiz artım deməkdir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, vergi ödəyicilərinin sayının artması Naxçıvanda iqtisadi aktivliyin yüksəldiyini göstərir. Xüsusilə kiçik və orta biznesin inkişafına yönəlmiş tədbirlər, sahibkarlara verilən güzəştlər və dövlət dəstəyi bu artımda mühüm rol oynayır.

Qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı 72,8 faiz artıb

Muxtar respublikada ticarət, kənd təsərrüfatı, xidmət və istehsalat sahələrində yeni sahibkarlıq subyektlərinin yaranması ümumi iqtisadi inkişafın göstəricilərindən biridir. Bunun nəticəsi olaraq, qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayında yanvarın 1-nə əvvəlki dövrlə müqayisədə 72,8 faiz artım qeydə alınıb. Bu da əvvəlki ilə nisbətən yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyət kəsb edir.

2023-cü illə müqayisədə qeydiyyatda olan VÖEN-lərin sayı 32,3 faiz, aktiv VÖEN-lərin sayı 71,4 faiz, aktiv obyektlərin sayı isə 19,7 faiz artıb.

Bu dinamika Naxçıvanda biznes mühitinin yaxşılaşdığını və sahibkarlıq fəaliyyətinin genişləndiyini göstərir. Yeni açılan müəssisələr və artan vergi ödəyiciləri həm məşğulluğun artmasına, həm də əhalinin rifah halının yüksəlməsinə müsbət təsir edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728