Bakının iki rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Binəqədi rayonu ərazisində bir nəfərin içərisində 1270 manat, 940 dollar, 7300 rubl və şəxsiyyət vəsiqəsi olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 64 yaşlı M.Nəcəfov müəyyən olunaraq saxlanılıb.
Analoji hadisə Nərimanov rayonu ərazisində də baş verib. Rayon sakininin 1000 manat dəyərində kosmetik vasitələrini və sənədlərini oğurlamaqda şübhəli bilinən yeniyetmə müəyyən edilərək saxlanılıb.
Paytaxt ərazisində isə mağazaların birindən 750 manat dəyərində tütün məmulatı, 2000 manat dəyərində inşaat materialları oğurlayan 18 yaşlı F.Kərimov və əvvəllər məhkum olunmuş 34 yaşlı B.İsmayılov müəyyən edilərək saxlanılıblar.