azturkxeber.az
http://azturkxeber.az

Ordubad rayonunun dağlıq ərazisində biotexniki tədbir keçirilib

16-02-2025


Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən çöl heyvanlarının sıx məskunlaşdığı və qalın qar örtüyünün müşahidə olunduğu ərazilərdə onların qida maddələrinə, həmçinin mineral duzlara olan ehtiyacının qismən ödənilməsi məqsədilə biotexniki tədbirlər keçirilir.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, analoji tədbir Ordubad rayonunun Nürgüt kəndi yaxınlığındakı dağlıq ərazidə təşkil olunub.

Əraziyə akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən 20 kip qaba yem və 250 kiloqram daşduz səpilib. Fauna ehtiyatlarının mühafizəsi və artırılması məsələsini daim diqqət mərkəzində saxlayan nazirlik, biotexniki tədbirləri zərurət yaranan digər ərazilərdə də davam etdirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728