azturkxeber.az
http://azturkxeber.az

Şəkidə yol qəzası baş verib, bir nəfər ölüb

15-02-2025

Şəkidə yol qəzası baş verib, bir nəfər ölüb


Şəki-Qax avtomobil yolunun Baş Göynük kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün saat 17:00 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində hərəkətdə olan “Kamaz” markalı avtomobil əvvəlcə yolun kənarındakı piyadanı vurub, daha sonra isə traktora çırpılıb.

Nəticədə piyada ölüb, “Kamaz” və traktorun sürücüsü xəsarət alıb.

Ölümlə və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728