azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Respublikası Audiovizual Şurasının sədrinin brifinqi keçirilmişdir

15-02-2025

 
 

14 fevral tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarovun brifinqi keçirilmişdir. Birfinqdə ölkənin 30-dan artıq televiziya, radio, informasiya agentlikləri və xəbər saytlarının nümayəndələri iştirak etmişlər.

Brifinq zamanı Audiovizual Şuranın sədri jurnalistlərə 2024-cü ilin hesabat xarakterli məlumatlarını çatdırmış, keçən il ərzində icra edilən işlərdən və 2025-ci ildə planlaşdırılan fəaliyyətdən bəhs etmişdir. İsmət Səttarov ölkə Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında" müvafiq Sərəncamına uyğun olaraq görülmüş işlər barədə, o cümlədən mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsini dəstəkləyən zəruri infrastrukturun yaradılması istiqamətində atılmış addımlardan danışmışdır.

Daha sonra ölkəmizdə televiziya və radio yayımının tənzimlənməsi sahəsində beynəlxalq təcrübəyə əsaslanan fəaliyyət metodunun tətbiq edildiyini, bu istiqamətdə addımlar atıldığını, növbəti illərdə də həmin işlərin genişləndiriləcəyini diqqətə çatdırmışdır.

İsmət Səttarov Audiovizual Şura tərəfindən vətəndaş şikayətlərinin cavablandırılması, aparılan monitorinq və alınan şikayətlər əsasında həyata keçirilmiş hüquqi tədbirlərdən, Azərbaycan televiziyasının maliyyə çətinliklərindən, dövlət tərəfindən audiovizual yayımçılara göstərilən dəstəkdən, dövlət sifarişi əsasında proqramların istehsalı ilə bağlı Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şuranın birgə keçirdiyi müsabiqə və onun müsbət nəticələrindən, ümumölkə statuslu kanalların proqramlarının janr bölgüsündən, 2024-cü il ərzində yayımlanmış sosial çarxlardan, milli seriallar və cizgi filmlərinin yayımı sahəsində mövcud vəziyyətdən, əlilliyi olan şəxslərin televiziyadan istifadə imkanlarının genişləndirilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən də bəhs etmişdir.

Brifinq zamanı Şura sədri jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728